Mar 25 2020 17:50
Elshad Aliyev
Views: 132

Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz paytaxt Ər-Riyad, habelə Məkkə və Mədinə şəhərlərinə giriş-çıxışların bağlanılması haqqında sərəncam imzalayıb. Koronavirus pandemiyasının qarşısını almaq üçün qəbul edilən bu qərarda, həmçinin ölkənin 13 bölgəsi arasında səfərlər qadağan edilir.

AZƏRTAC xəbər verir ki, rəsmi SPA agentliyinin məlumatında Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin Ər-Riyad, Məkkə və Mədinə şəhərlərində saat 19:00-dan 06:00-dək xüsusi karantin rejimi tətbiq etdiyi bildirilir.


Create Account



Log In Your Account