Nov 25 2019 12:46
Elshad Aliyev
Views: 74

Səudiyyə Ərəbistanının neft ixracı sentyabrda ötən ilin eyni ayına görə 25,5 faiz azalıb.

AZƏRTAC Səudiyyə Ərəbistanının Baş Statistika İdarəsinin məlumatına istinadla xəbər verir ki, neft ixracının dəyəri isə 58 milyard 112 milyon rial təşkil edib. Keçən ilin müvafiq ayında ixracın dəyəri 77 milyard 966 milyon rial olub.

Sentyabrda ölkənin ümumi ixracının 76,1 faizini xam neft təşkil edib.

Qeyd edək ki, sentyabrda Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”ya məxsus iki zavoda təşkil edilən hücumlar səbəbindən neft istehsalı müvəqqəti dayandırılmışdı.

OPEC-in məlumatına görə, sentyabrda Səudiyyə Ərəbistanın neft hasilatı gündəlik 8,8 milyon barrel olub. Oktyabrda isə yenidən sutkada 9,9 milyon barrelə yüksəlib.

 


Create Account



Log In Your Account