Mar 13 2020 13:39
Elshad Aliyev
Views: 45

Səudiyyə Ərəbistanında otellərdə, mərasim zallarında toyların və digər şənliklərin keçirilməsini qadağan edilib.

AZƏRTAC xəbər verir ki, Krallığın Daxili İşlər

Nazirliyi bununla əlaqədar məlumat yayıb. Qeyd olunub ki, hökumətin qərarı ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Nazirlik bütün vətəndaşları həmin qərara uyğun davranmağa, COVID-19 virusuna qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb.

Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə daha 17 nəfərdə koronavirus aşkar edilib. Onlardan altısı yerli sakinlər, on biri isə Misir vətəndaşlarıdır. Misirli xəstələr Məkkə şəhərində karantin altına alınıblar. Beləliklə, ölkədə virusa yoluxanların sayı 62-yə çatıb.


Create Account



Log In Your Account