Mar 06 2020 16:58
Elshad Aliyev
Views: 249

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həram və Mədinədəki Məscidi-Nəbəvini dezinfeksiyadan sonra yenidən ziyarətə açıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Əl-Əxbariyyə telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, həmin məscidlərdə koronavirusa beş yoluxma halı qeydə alınmışdı. Bundan sonra hər iki müqəddəs məscid bağlanılıb və dezinfeksiya işləri aparılıb. Fevralın sonunda isə Səudiyyə Ərəbistanı koronavirusun yayıldığı ölkələrdən zəvvarların ölkəyə girişini qadağan edib. Bu qərar Körfəz Əməkdaşlığı Şurası ölkələrinə də şamil olunub.

Hazırda hər iki müqəddəs məscidi yalnız Səudiyyə Ərəbistanı vətəndaşları ziyarət edə bilirlər.

 


Create Account



Log In Your Account