Apr 07 2020 09:38
Elshad Aliyev
Views: 67

Səudiyyə Ərəbistanının rəsmiləri koronavirus səbəbindən kütləvi toplantılar, xüsusən də ibadət və ziyarət məqsədilə məscidlərə giriş üçün tətbiq edilən məhdudiyyətləri aprelin sonundan mayın sonunadək davam edəcək Ramazan ayı boyunca da davam etdirmək niyyətindədir.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Abdel Əli bildirib.

“Hər kəs Ramazan ayında dini ibadətlər üçün darıxıb, ancaq koronavirus pandemiyası yox olana qədər məhdudlaşdırıcı tədbirlər davam edəcək”, - Abdel Əli belə deyib.


Create Account



Log In Your Account