May 13 2020 14:04
Elshad Aliyev
Views: 66

Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti “STP” MMC və “SmartHome” şirkəti dezinfeksiya tunelinin birgə istehsalına başlayıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Elsmart” brendi ilə istehsal olunan bu avadanlığın elektron sistemi “SmartHome”, konstruksiyası STP-nin Elektrik Avadanlıqları Zavodunda hazırlanır. Bu dezinfeksiya tunellərindən yalnız pandemiya dövründə deyil, həmçinin mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər. Dezinfeksiya tunellərinin həm yerli, həm də xarici bazarlara satışı nəzərdə tutulur.


Create Account



Log In Your Account