Mar 24 2020 18:17
Elshad Aliyev
Views: 85

Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı yarana biləcək təhlükənin aradan qaldırılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Sumqayıt Regional Mədəniyyət İdarəsininə tabeli müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.

İdarədən AZƏRTAC –a bildirilib ki, tədris proqramlarının şagirdlər tərəfindən mənimsənilməsini təmin etmək məqsədilə mədəniyyət müəssisəsinin uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində distant təhsilə başlanılıb. Dərslər təcrübəli müəllimlər tərəfindən keçirilir.


Create Account



Log In Your Account