Nov 04 2019 16:59
Elshad Aliyev
Views: 26

Günün pik saatlarında Bakı-Sumqayıt və Bakı-Abşeron istiqamətlərində yaranan tıxacı aradan qaldırmaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) layihələrin icrasına başlayıb.

Bu barədə Trend-ə DANX-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, ilkin olaraq Masazır istiqamətində olan marşrut xətlərində yenilənmə aparılacaq:

"Bu barədə müəyyən daşıyıcıların qarşısına tələblər qoyulub və 525 saylı marşrut xəttinə yeni 20 avtobus veriləcək. Yeni ildən həmin istiqamətlərdə avtobus parkının yenilənməsi və marşrut xətlərinin artırılması nəzərdə tutulur”.

N.Allahyarova qeyd edib ki, sərnişinlərdən gələn çoxsaylı müraciətləri nəzərə alaraq monitorinq qrupu təşkil edilib:

“Bakı istiqamətində gələn sərnişinlərin şikayətlərini nəzərə alaraq monitorinq qrupu təşkil edilib. Onların köməyi ilə müəyyən olunacaq ki, hansı istiqamətlərdə avtobus çatışmazlığı var və bu kimi problemlər araşdırılacaq. Vəziyyəti yaxşı olmayan, 10 ildən artıqdır istifadədə olan, tutumu az nəqliyyat vasitələri yeniləcək. Yeni avtobuslar isə daha komfortlu, iritutumlu olacaq. Ən vacibi isə onlarda panduslar quraşdırılacaq”.


Create Account



Log In Your Account