Nov 27 2019 13:43
Elshad Aliyev
Views: 76

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıq işləri davam edir. Sumqayıt şəhərində fəaliyyət göstərən 41, 42, 43 və 44 saylı seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün 3 günlük maarifləndirici treninqlər başa çatıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 25-də başlanan treninqlərə hər dörd seçki dairəsi üzrə, ümumilikdə 840 nəfər komissiya üzvü cəlb edilib.

42 saylı Sumqayıt ikinci seçki dairəsinin tərkibində olan seçki məntəqələrinin sədr və üzvləri üçün treninqlərdə iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvermənin təşkili, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolların doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib.

Diqqətə çatdırılıb ki, seçkilərin demokratik və şəffaf keçirilməsi məntəqə seçki komissiyalarının üzvlərinin fəaliyyətindən asılıdır. Komissiya üzvlərinə tövsiyə olunub ki, öz peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını daha da artırmalı, seçki günü üzərlərinə düşən vəzifələri dəqiq bilməli və layiqincə yerinə yetirməlidirlər.

Sumqayıtdakı seçki dairələrin tərkibində 134 məntəqə fəaliyyət göstərir, onlardan 37-də veb-kameralar quraşdırılıb. Seçiciləri ümumi sayı 163429 nədərdir.


Create Account



Log In Your Account