Apr 11 2017 10:57
Ulviyye Sabirqizi
Views: 1157

“Şayrat” aviabazasına endirilən raket zərbələri Suriya hərbi təyyarələrinin 20 faizinə ziyan vurub.

CBC xəbər verir ki, bunu Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib.

“Zərbələr silah-sursat, yanacaq ehtiyatları, hava hücumundan müdafiə vasitələri və Suriya hərbi təyyarələrinin 20%-nin məhvi və yaxud zədələnməsi ilə nəticələnib. Bundan sonra Suriya hökuməti yenidən kimyəvi silaha əl atsa, çox ehtiyatsız hərəkət etmiş olacaq”, deyə C.Mettis qeyd edib.

Xatırladaq ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun “Şayrat” aviabazasına zərbə endirilib. Ümumilikdə aviabazaya 59 ədəd "Tomahawk" raketi atılıb.


Create Account



Log In Your Account