Jan 21 2017 17:00
Ulviyye Sabirqizi
Views: 1524

İŞİD terror qruplaşması Suriyada yerləşən qədim Palmira şəhərində daha bir neçə abidəni məhv edib. Dağıdılan abidələr arasında Qədim Roma teatrının fasadı da var.

Palmirada dünya irsi obyektlərinin məhv olunmasının yeni dalğası haqqında ilk xəbər Suriyanın dövlət televiziyasında verilib. Sonra məlumatı ölkənin muzeylər və qədim irsi üzrə qurumunun rəhbəri Mamun Abdulkarim təsdiqləyib.

Onun sözlərinə görə, dekabrın 26-dan yanvarın 10-dək çəkilən peyk şəkillərində Palmira Tetrapilonunda, yəni qədim şəhərin ən məşhur hissəsində ciddi fəsadlar müşahidə olunur. Həmçinin qədim Roma teatrının fasadına da zərər dəyib. Terroçular Palmiranın ilk işğalı zamanı onun səhnəsindən edam məqsədilə istifadə ediblər. Hökumət qüvvələri sonradan qədim şəhəri azad etsə də, ötən ilin dekabrında oradan çıxmaq məcburiyyətində qalıb. İndi ordu qüvvələri şəhərin kənarında mövqe tutublar.

Bu arada Suriyanın şimalında türk aviasiyası İŞİD-in 14 mövqeyini məhv edib. Hədəfə alından obyektlər arasında silah anbarı və zirehli transporter də var. Yerüstü əməliyyatda zamanı isə 23 terrorçu məhv edilib. “Fərat qalxanı” adı altında keçirilən əməliyyatlar 5-ci aydır davam edir.

Məqsəd İŞİD döyüşçülərini Suriyanın şimalından uzaqlaşdırmaq və paralel olaraq, bu ərazidə kürd silahlılarının möhkəmlənməsinə imkan verməməkdir.

 


Create Account



Log In Your Account