Jan 18 2017 13:22
Ulviyye Sabirqizi
Views: 2335

20 Yanvar faciəsi ərəfəsində İsveç Azərbaycanlıları Konqresi bu ölkədəki iri siyasi partiyalar və hökumət nümayəndələri ilə görüşüblər.

CBC xəbər verir ki, görüşlər zamanı İsveç hökumət üzvləri və siyasətçilərinə 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı məlumat verilib. Onlara 1990-cı ilin qanlı hadisələrin əks etdirən kitab və sənədlər, müxtəlif materiallar təqdim olunub.
 
Qeyd olunub ki, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçovun əmri ilə Bakıda fövqəladə vəziyyət elan olunub və şəhərə sovet qoşunları yeridilib. Qanlı əməliyyat zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb. Yüzlərlə insan itkin düşüb, 841 nəfər qanunsuz həbs olunub.

İsveç parlamentinin üzvləri 20 Yanvar faciəsi haqqında xəbərdar olduqlarını, bu hadisələrin Qarabağ münaqişəsi fonunda və yenidənqurma illərində baş verdiyini deyiblər. Hökumət dəftərxanasından bildiriblər ki, Azərbaycanın müasir tarixində baş verən faciəli hadisələr haqqında faktların yayılması üçün bu cür görüşlərin keçirilməsi çox əhəmiyyətlidir.
 
Bundan əlavə, İsveç Azərbaycanlıları Konqresi Xocalı faciəsi və ümumiyyətlə, erməni aqressiyasının qurbanlarına həsr olunmuş seminar təşkil etməyi planlaşdırır.

 


Create Account



Log In Your Account