Apr 06 2020 16:12
Elshad Aliyev
Views: 77

İsveç Kralı XVI Karl Qustav COVID-19 koronavirusu ilə bağlı vəziyyətlə əlaqədar televiziya vasitəsilə xalqa müraciət edib.

AZƏRTAC xəbər verir ki, Kral çıxışında COVID-19 virusunun İsveçdə və bütün dünyada yayılmağa davam etdiyini bildirib. O vurğulayıb ki, insanlar yaranmış vəziyyətdə məsuliyyətli olmalı və fədakarlıq nümayiş etdirməlidirlər. "Bu, ölkəmiz qarşısında hamımızın öhdəliyidir", - deyə o bəyan edib.

XVI Karl Qustav müraciətində həkimlərin gördüyü işin əhəmiyyətini də vurğulayıb. O, virusa qarşı mübarizə aparan insanlara dərin minnətdarlığını bildirərək deyib: "Mən səhiyyəmiz barədə düşünürəm. İndi könüllülər və həkimlər mümkün qədər çox həyat xilas etmək üçün birlikdə işləyirlər. Bu da cəsarət və səbat tələb edən böyük vəzifədir".

Kral, həmçinin vurğulayıb ki, pandemiya İsveç şirkətlərini, iş yerlərini və ölkənin bütün iqtisadiyyatını iflic vəziyyətinə salır. O, Pasxa vaxtı insanların fədakarlığını xatırladaraq deyib: "Pasxa mənim üçün, ölkəmizdə bir çoxları üçün mühüm və səbirsizliklə gözlənilən bir bayramdır. Bu, səyahət etmək, vaxtını ailənlə və dostlarınla keçirmək istədiyin bir dövrdür. Çoxları kilsəyə gedir. Amma bunların bəziləri bəlkə də bu Pasxada mümkün olmadı. Biz vəziyyəti olduğu kimi qəbul etməli, başqa tərzdə düşünməli, özümüzü evdə qalmağa hazırlamalıyıq".


Create Account



Log In Your Account