Feb 26 2020 14:41
Elshad Aliyev
Views: 48

İsveçrənin Tessin kantonunda bir nəfərin yeni növ koronavirusa yoluxması rəsmən təsdiqlənib. Bununla da COVID-19 virusunun yayıldığı ölkələr siyahısına İsveçrə də əlavə olunub.

AZƏRTAC xəbər verir ki, 70 yaşlı şəxs fevralın 15-də İtaliyanın Milan şəhəri yaxınlığında bir toplantıya qatıldığını və bir neçə gün sonra özündə xəstəliyin ilk əlamətlərini hiss etdiyini bildirib. Ailə üzvlərinin də Luqano şəhərində karantin altına alındığı pasiyentin səhhəti qənaətbəxş hesab olunur.

Şimali İtaliya ilə həmsərhəd regionlarda sərhədləri bağlamayan İsveçrədə yaxın müddətdə növbəti yoluxma hallarının qeydiyyata alınacağı istisna edilmir. Federal səhiyyə orqanlarının məlumatına görə, hazırda virusa yoluxmada şübhəli bilinən yetmiş nəfərdən götürülən analizlər müayinədən keçirilir.


Create Account



Log In Your Account