Mar 03 2020 16:58
Elshad Aliyev
Views: 70

İsveçrədə COVID-19 koronavirusuna yoluxanların sayı 43 nəfərə çatıb. Ölkə hökuməti epidemiya haqqında Qanuna uyğun olaraq “xüsusi vəziyyət“ elan edib və kütləvi tədbirlərə qadağan qoyub. Martın 15-dək İsveçrədə iştirakçı sayı min nəfərdən yuxarı olan bütün tədbirlər (sərgi, yarmarka, konsert, idman oyunları) təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, yoluxma hallarının əksəriyyəti Şimali İtaliya ilə əlaqədar olsa da, artıq martın 2-də İsveçrədəki infeksiya mənbəyindən yoluxan ilk pasiyent qeydiyyata alınıb. İndiyədək ölkədə 1850 nəfər şübhəli şəxs yoxlanışdan keçib və onlarda virus aşkarlanmayıb. İsveçrədə ən çox yoluxma halı Sürix və Qraubünden kantonlarında (hər birində doqquz nəfər) qeydə alınıb.


Create Account



Log In Your Account