May 11 2020 11:58
Elshad Aliyev
Views: 62

İsveçrənin Bern və Soloturn şəhərlərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəblərinin şagirdləri üçün ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan və eləcə də Şuşa şəhərinin işğalına dair onlayn dərs keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova çıxış edərək, Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, Ümummilli Liderin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb və Azərbaycan xalqının tarixində dərin iz qoyduğunu qeyd edib.

Səfir, həmçinin Ümummilli Liderin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərindən də danışıb.

Eyni zamanda, 1992-ci il mayın 8-də Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunduğu xatırladılıb, bu şəhərin Azərbaycan ədəbiyyatının və musiqisinin beşiyi olduğu, sənətkarlıq məhsulları və eləcə də xalça istehsalı ilə geniş şöhrət qazandığı bildirilib.

Dərsdə Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin irsinin nəsillərə örnək olduğu diqqətə çatdırılıb.

Sonra İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov şagirdlər üçün hazırlanmış xüsusi onlayn dərs keçib və səfirlik tərəfindən təqdim edilmiş ümummilli lider Heydər Əliyevin irsinə və Şuşa şəhərinin tarixinə dair linklər üzərində fikir mübadiləsi aparılıb. Tarixə kiçik ekskurs edilib, şagirdlərin sualları cavablandırılıb.


Create Account



Log In Your Account