Aug 12 2020 15:04
Elshad Aliyev
Views: 67

Tacikistanın avesta.tj portalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tanınmış özbək tarixçisi Şuxrat Barlasın rus dilində “Qarabağ sindromu-mənbələr və nəticələr” adlı məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə münaqişənin tarixi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, ermənilərin Dağlıq Qarabağa ərazi iddiaları faktiki olaraq 1988-ci ildə başlasa da, dünya ermənilərinin Dağlıq Qarabağa iddiaları bundan çox-çox əvvəl vardı və bu istiqamətdə fəaliyyət göstərirdilər.

Məqalədə “Tarixin taleyi və ya cavabı”, “Maraqların lobbiləşdirilməsi tarixindən”, “Uydurma tarix və ya ağ yalan”, “Keçmiş SSRİ izi”, “ Yalançı tarixdən çürük gələcəyə doğru”, “Xalqın narazılığı” və “Harada aş, orada baş” və ya “qüdrətli” erməni diasporu” adlı yarımsərlövhələrdə ermənilərin bütün dünyada bu istiqamətdə apardığı çirkin təbliğat təhlil edilir, bu məsələlərə hüquqi-siyasi qiymət verilir.

Xatırladaq ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə alimin “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər”, “Qarabağ: ideyalar müharibəsi” və “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” adlı kitabları rus və özbək dillərində işıq üzü görüb.

“Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabı əsasında “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib.


Create Account



Log In Your Account