Apr 10 2020 14:15
Elshad Aliyev
Views: 77

Tacikistan hakimiyyəti ölkədən çıxışı və girişi müvəqqəti dayandırıb.

APA-nın xəbərinə görə, Tacikistan Xarici İşlər Nazirliyi bu gün yaydığı açıqlamada bildirib ki, koronavirusun ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə bütün xarici ölkə vətəndaşları üçün ölkəyə giriş və çıxış bağlanıb.

Məlumatda o da qeyd olunur ki, məhdudiyyətlər xarici ölkələrin Tacikistanda akkreditə olunmuş diplomatlarına, beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələrinə, həmçinin onların ailə üzvlərinə şamil olunmur.


Create Account



Log In Your Account