May 05 2020 10:54
Elshad Aliyev
Views: 49

Son sutka ərzində Tacikistanda COVID-19 koronavirusuna yoluxanların sayı 102 nəfər artaraq 230-a çatıb. AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bunların 110-u Düşənbədə, 70-i Soqd vilayətində, 21-i Xatlonda, 7-si Dağ Bədəxşanda, 22-si digər şəhər və rayonlarda qeydə alınıb.

Bildirilir ki, hazırda xəstəxanalarda 3208 nəfər var. Son sutka ərzində 246 nəfər evə yazılıb. Ölkədə koronavirusdan 3 nəfər ölüb.

Tacikistanda koronavirus ilk dəfə aprelin 30-da rəsmi olaraq etiraf edilib.


Create Account



Log In Your Account