May 26 2020 10:19
Elshad Aliyev
Views: 56

Son 24 saat ərzində Tacikistanda COVID-19-a yoluxanların sayı 171 xəstə artıb və 3100 nəfərə çatıb.

AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, pandemiya dövründə 1395 nəfər sağalıb, 46 nəfər ölüb.

Məlumatda bildirilir ki, karantində 2773 nəfər var.

Ölkədə koronavirusla mübarizəyə 7 min 500 həkim, 25 mindən artıq orta tibb personalı cəlb olunub.

Koronavirusla mübarizə üçün Çindən Tacikistana çarter reysi ilə 14 virusoloq gətirilib.


Create Account



Log In Your Account