BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR
Tacikistanda COVID-19 koronavirusundan 1008 xəstə sağalıb.
AZƏRTAC Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində virusa yoluxanların sayı 210 nəfər artaraq 2350-yə çatıb.
Son gün ərzində koronavirusdan 3 xəstə ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 44 nəfərdir.
Hazırda Tacikistanda karantində 3533 adam var.
Xatırladırıq ki, Tacikistanda koronavirus ilk dəfə aprelin 30-da rəsmi olaraq qeydə alınıb.