Feb 14 2017 14:29
Ulviyye Sabirqizi
Views: 1238

Türkiyənin Antalya şəhərində taekvondo üzrə G2 kateqoriyalı “Turkish Open” beynəlxalq turniri davam edir.

CBC xəbər verir ki, yarışın 3-cü günü böyüklərin mübarizəsinə start verilib.

Yeniyetmə və gənclərin duelində 7 (1-3-3) medal qazanan Azərbaycan millisinin mükafatları sırasına daha ikisi əlavə olunub. Belə ki, Reza Mehmandostun yetirmələrindən olan təmsilçimiz Mikayıl Əliyev (54 kq) yarışın bürünc medalı ilə kifayətlənib.

68 kq çəki dərəcəsində Sina Bəhrami isə bütün rəqiblərini məğlub edərək  “Turkish Open”-nin qalibi adına layiq görülüb.

Qeyd edək ki, yarışa bu gün yekun vurulacağı gözlənilir.  
 

 


Create Account



Log In Your Account