Aug 11 2020 10:38
Elshad Aliyev
Views: 47

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.

Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.


Create Account



Log In Your Account