Apr 09 2020 15:37
Elshad Aliyev
Views: 83

Tailandda 70 tibb işçisi yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bu, ölkədə koronavirusa yoluxanların 3,4 faizi deməkdir.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Tailand hökumətinin pandemiya ilə mübarizə məqsədilə yaradılmış xüsusi qərargahı məlumat yayıb. Həmin tibb işçilərinin 50 nəfərinin xəstəxanalarda COVID-19 xəstələrinin müalicəsi ilə məşğul olan zaman, 18 nəfərin isə yaşadıqları ərazidə virusa yoluxduqları təsdiqlənib. Digərlərinin harada və necə yoluxmaları bilinmir.

Qeyd edək ki, son məlumata əsasən Tailandda COVID-19 infeksiyasına 2423 nəfər yoluxub, 32 nəfər bu virus səbəbindən ölüb.


Create Account



Log In Your Account