Apr 18 2020 11:05
Elshad Aliyev
Views: 335

Tailandda daha 33 nəfərdə koronavirus aşkarlanıb.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bunu Banqkokdakı Hökümət Evində keçirilən brifinqində Tailand Koronavirus İnfeksiya Mərkəzinin sözçüsü Thavisin Visanuyothin bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2733, ölənlərin sayı 47, sağalanların sayı isə 11789 nəfərdir. Hazırda 899 adamın xəstəxanalarda müalicəsi davam edir. 


Create Account



Log In Your Account