Apr 21 2020 14:06
Elshad Aliyev
Views: 152

Azərbaycanın İtaliyadakı Səfirliyi öz sosial şəbəkə profillərində “Milli Muzeylərimizə Virtual Səyahət” rubrikası yaradaraq həmin rubrika çərçivəsində İtaliya ictimaiyyətinə Azərbaycandakı muzeyləri onlayn ziyarət etmək, burada nümayiş olunan yeni sərgilər, maraqlı eksponatlar və ekskursiyalarla tanış olmaq imkanı yaradıb.

CBC xəbər verir ki, mövzu İtaliyanın məşhur “La Stampa” qəzetinin də marağına səbəb olub. 20 aprel tarixində qəzetin “Səyahətlər və Mətbəx” (Viaggi e Cucina) bölməsində jurnalist Noemi Pennanın müəllifi olduğu “Bir xalça muzeyi hansı formada ola bilər? Bakının müvafiq cavabı belədir” başlıqlı Azərbaycan Milli Xalça muzeyinin füsunkarlığından bəhs edən məqalə dərc olunub.

“Bükülmüş xalça. Budur, yalnız Azərbaycan Milli Xalça Muzeyinə məxsus  ola biləcək orijinal forma. Biz Bakıda, Azərbaycandayıq və müzakirə mövzusu bütünlüklə xalçaçılıq mədəniyyətinə və sənətinə həsr olunmuş unikal bir muzeydir”, deyən müəllif muzeyin tarixi haqqında danışmış, 2014-cü ildə muzeyin Dənizkənarı Milli Parkdakı yeni və perspektivli binaya köçürüldüyünü, avstriyalı memar Frans Yantsın layihəsi əsasında tikilmiş muzeyin böyük bükülmüş xalçaya bənzədiyini bildirilib.

Məqalədə binanın interyeri haqqında məlumat verilir, binaya girərkən sanki ziyarətçilərin özlərini asılmış bir tunelin içərisində hiss etdiyini, muzeydə  bəziləri XVII əsrə aid olan Azərbaycanın dünyada ən böyük xalça kolleksiyaları, habelə arxeoloji tapıntılar və keramika, yağ lampaları, tikiş və zərgərlik əşyaları daxil olmaqla məşhur sənətkarlıq nümunələrinin mükəmməl bir görünüşü ilə tanış olmaq imkanlarının olduğu bildirilir. Məqalədə habelə qeyd olunur ki, muzeydə müxtəlif dövrlərə aid üzərində əjdahalar, ümid ağacları, xaç və İslam rəmzləri əks olunan əl ilə toxunmuş sadə və daha mürəkkəb formalarda xalçalar, xalçaların toxunması üçün dəzgahlar, yunlar, iplər, xurcunlar və digər müvafiq eksponatlar nümayiş olunur.

Məqalədə bildirilir ki, koronavirusla bağlı yaranmış epidemioloji vəziyyətlə əlaqədar olaraq Azərbaycan Milli Xalça Muzeyi ziyarətçilərə bağlı olsa muzeyin kolleksiyası və inanılmaz xəzinəsi təmənnasız şəkildə onlayn formada ziyarət edilə bilər. “Virtual tur üç mərtəbə arasında sərbəst hərəkət etmək, sənət əsərlərindən zövq almaq və bizim diqqətimizi daha çox cəlb edən hekayələr üzərində dayanmaq imkanı verir”, deyə məqalədə qeyd olunur.

Məqalədə, habelə Azərbaycan Milli Xalça Muzeyinin interyeri ilə bağlı bir sıra fotolar da yerləşdirilib. Məqalə ilə müvafiq keçidlə tanış olmaq mümkündür:

https://www.lastampa.it/viaggi/mondo/2020/04/20/news/quale-forma-potrebbe-mai-avere-un-museo-del-tappeto-ecco-la-suggestiva-risposta-di-baku-1.38738303

 

 


Create Account



Log In Your Account