May 04 2020 14:16
Elshad Aliyev
Views: 60

İtaliya hökuməti mayın 4-dən etibarən koronavirusla əlaqədar tətbiq etdiyi 55 günlük karantin qaydalarını ikinci faza üzrə zəiflədib. AZƏRTAC xəbər verir ki, bu gündən etibarən ölkədə çalışan 4 milyon insan iş yerlərinə qayıdır. Bununla yanaşı bütün iş yerləri gündəlik dezinfeksiya olunacaq. İdmançılar da bəzi növlər üzrə məşqlərə başlaya bilərlər.

İnsanlar qohumlarını ziyarət edə biləcək, lakin maska geyinmək vacibdir. Kütləvi ailə məclislərinin keçirilməsinə isə qadağa qüvvədə qalır.

Karantin rejiminin üçüncü fazası mayın 18-dəkdir. Həmin dövrə qədər böyük mağazalar, ticarət mərkəzləri, 1 iyunadək bərbərxanalar, sentyabradək isə məktəblər bağlı olacaq.

Mayın 4-nə olan statistikaya görə, dünya üzrə COVID-19 virusuna yaxalananların sayı 3 milyon 581 min 879, ölənlərin sayı 248 min 558, sağalananların sayı isə 1 milyon 159 min 553 nəfər təşkil edir.


Create Account



Log In Your Account