Apr 08 2020 15:41
Elshad Aliyev
Views: 171

İtaliya Futbol Federasiyası koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünü başa çatdırmaq üçün mümkün variantları nəzərdən keçirir.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, mümkün variantlardan biri VAR sistemindən imtina edilməsidir.

Federasiya bu yolla videohakimlərin təhlükəsizliyini təmin etmək istəyir. Çünki VAR ilə çalışan hakimlər və texniki mütəxəssislər kiçik sahədə çox yaxın məsafədə işləyir. Bu isə koronavirus pandemiyası dövründə onların sağlamlığına mənfi təsir göstərə bilər.

Qeyd edək ki, hazırda Avropada Belarus istisna olmaqla bütün liqalarda oyunlar dayandırılıb.


Create Account



Log In Your Account