May 14 2020 12:07
Elshad Aliyev
Views: 79

İtaliyanın “La Verità”, “L’Antidiplomatico”, “Sardegnagol”, “CIVG”, “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələrinin saytlarında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin yazıları dərc olunub. Yazılarında diplomat həmin kütləvi informasiya vasitələrinin bəzilərində Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə təhrif olunmuş və qərəzli məlumatları əks etdirən yazılara cavab olaraq münaqişənin tarixi-hüquqi aspektləri, işğal olunmuş ərazilərimizdəki vəziyyət, orada keçirilmiş qondarma "seçkilər"in qeyri-qanuniliyi, onların beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsi, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş sənədlər, münaqişənin nizamlanmasına dair aparılan danışıqlar prosesi və bu xüsusda Azərbaycanın mövqeyi barədə məlumat verib.

CBC xəbər verir ki, İtaliyanın “Babilon magazine” və “Un mondo d’Italiani” online qəzetlərində də italyan jurnalist Domeniko Letizianın “Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı küncə sıxışdırır” və “Dağlıq Qarabağda seçkilər: Azərbaycan Ermənistanı küncə sıxışdırır” başlıqlı məqalələri dərc olunub. Məqalələrində italyan jurnalist Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”in qeyri-qanuniliyinə diqqəti yönəldərək, həmin “seçkilərin” beynəlxalq ictimaiyyət tərəfindən sərt şəkildə tənqid edildiyini bildirib. Məqalələrdə jurnalist Rusiyanın xarici işlər naziri Sergey Lavrovun münaqişənin mərhələli həlli ilə bağlı fikirlərinə münasibətdə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın açıqlamasına cavab olaraq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun fikirlərinə geniş yer ayırıb. Məqalələrdə jurnalist Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzün ağır nəticələrindən də danışıb, habelə koronavirus epidemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətin iqtisadi çətinliklərdə boğulan Ermənistandan münaqişə ilə bağlı mövqeyini dəyişdirməsini və beynəlxalq təşkilatların sənədlərinə hörmət etməsini tələb etdiyini vurğulayıb.

Yazılarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.laverita.info/in-nagorno-karabakh-larmenia-viola-il-diritto-internazionale-2645980365.html

https://www.lantidiplomatico.it/dettnews-nagorno_karabakh_lettera_dellambasciatore_dellazerbaigian_mammad_ahmadzada_a_lantidiplomatico/82_34744/

https://www.sardegnagol.eu/politica2/2225-nagorno-karabakh-la-lettera-dell-ambasciatore-azero-a-sardegnagol.html

https://www.giornalediplomatico.it/Nagorno-Karabakh-lettera-dell-Ambasciatore-Azerbaigian-a-testata-Sardegnagol.htm

http://www.civg.it/

https://www.babilonmagazine.it/nagorno-karabakh-azerbaigian-mette-armenia-alle-strette/

https://www.unmondoditaliani.com/elezioni-a-nagorno-karabakh/


Create Account



Log In Your Account