Feb 21 2020 14:36
Elshad Aliyev
Views: 202

Fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il - İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella konsert proqramını dinləyiblər.

Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.

 


Create Account



Log In Your Account