Mar 15 2021 09:37
Bakhtiyar Hasanov
Views: 134

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 21 315 nəfərin yoluxduğu təsdiqlənib.

CBC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 264 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 102 145 nəfərə çatıb. Ölkədə hazırda 531 266 aktiv koronavirus xəstəsi var, onlardan 3082-ai ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 3 223 142 nəfərdən 2 589 731 (son sutkada 9835 nəfər) sağalıb.


Create Account



Log In Your Account