Apr 14 2020 16:52
Elshad Aliyev
Views: 160

İtaliya hökuməti aprelin 14-dən etibarən mərhələli şəkildə müəssisə və xidmət sahələrin təkrar fəaliyyətinə icazə verib.

AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə ölkənin şimalında yalnız kitab, dəftərxana və uşaq geyim mağazaları açılıb. Lakin fəaliyyət zamanı sərt gigiyena və nəzarət qaydaları hökm sürəcək. Lombardiya və Pyemontda hələlik ilkin mərhələdə yalnız uşaq geyim mağazaları işləyəcək. Virusun kəskin yayıldığı Emiliya-Romani və Pyaçençada hələlik heç bir obyekt açılmayacaq.

Bu fəaliyyətin bərpasının birinci fazasıdır, ikinci faza isə mayın 4-də tətbiq ediləcək. Xaricilərin ölkəyə girişinə də icazələr bərpa olunub. Lakin şərt bundan ibarətdir ki, həmin şəxs ölkədə 3 gün qala və onun tələbi yalnız işlə bağlı ola bilər. Məcburi hallarda müddət 5 günədək uzadıla bilər. Hər hansı səbəbdən 5 gündən sonra İtaliyanı tərk edə bilməyən xarici vətəndaş karantinə alınacaq.

İtaliyanın digər regionlarında isə bərpa edilən fəaliyyət sahələri bir az daha genişdir. Belə ki buraya həm də kompüter istehsalı, landşaft qulluğu, kağız və karton istehsalı və satışı daxildir.

Bütün bərpa olunan fəaliyyət növlərində xüsusi gigiyena qaydalarına əməl olunması, habelə sosial distansiya zəruridir.

İtaliyada virus qurbanlarının sayı azalmaqda davam edir. Aprelin 13-də son iki həftənin ən az ölüm sayı qeydə alınıb.


Create Account



Log In Your Account