Mar 10 2020 09:30
Elshad Aliyev
Views: 44

İtaliyada koronavirusun yayılmaması üçün hər hansı bir idman tədbiri aprelin 3-nə kimi, o cümlədən İtaliya futbol çempionatının oyunlarının keçirilməsini qadağan edib.

AZƏRTAC İtaliya mətbuatına istinadla xəbər verir ki, bu haqda ölkənin Baş Naziri Cüzeppe Konte mətbuat konfransında deyib.

İtaliyada koronavirusa yoluxanların ümumi sayı 9 min nəfəri ötüb. Ölkədə 700-dən çox insan sağalıb. Koronavirus İtaliyada 463 nəfərin həyatına son qoyub.


Create Account



Log In Your Account