Mar 11 2020 15:16
Elshad Aliyev
Views: 32

Matın 11-də İtaliyada koronavirusdan “rekord” sayda -168 ölüm faktı qeydə alındı. Bu virusdan İtaliyada ölənlərin ümumi say isə 631-dir.

AZƏRTAC xəbər verir ki, indiyədək virusla yoluxma sayı 529 nəfər də artaraq 8514 nəfərə çatıb. Onlardan 1004-ü xəstəxanalarda müalicə olunur.

Virusun ən çox ziyan verdiyi və ən çox ölüm faktının qeydə alındığı Lombardiya vilayətinin yerli şəhər rəhbərləri hökuməti təhlükəsizlik şərtlərini daha da sərtləşdirməyə səsləyib. Buna şəhərlərdə ictimai nəqliyyatların hərəkətinin tam dayandırılması, bəzi iş yerlərinin və insanların kütləvi toplaşa biləcəkləri hər yerin bağlanması daxildir. Onların bu çağırışını ölkənin keçmiş rəhbəri və daxili işlər naziri olmuş, hazırda əsas müxalifət fraksiyasının lideri olan Mattoe Salvini də dəstəkləyib. Öz Twitter səhifəsində o, bütün ictimai iaşə və xidmət obyektlərinin bağlanmasını zəruri hesab etdiyini yazıb.

Hazırda İtaliya ərazisində bir çox obyektlər bağlıdır. Lakin fasiləsiz işləyən ancaq apteklər və ərzaq mağazalarıdır. Onlarda da kütləvi boşluqlar müşahidə olunur. Ərzaq rəfləri demək olar ki, boşdur. Hökumət insanları ərzaq ajiotajı yaşamamağa çağırır və vurğulayırlar ki, bu sahədə heç bir problem olmayacaq.


Create Account



Log In Your Account