Apr 15 2021 15:02
Elshad Aliyev
Views: 108

ABŞ-ın “Johnson & Johnson“ konserni mümkün yan təsirlərlə əlaqədar Avropa İttifaqı ölkələrinə peyvənd göndərişini təxirə saldığına görə İtaliyada peyvənd mərkəzlərində bu peyvəndin tətbiqi dayandırılıb.

AZƏRTAC xəbər verir ki, İtaliyanın regionlar üzrə naziri Maria Stella Qelmini İtaliyadakı vaksinasiya kampaniyasına bu qərarın təsirini cüzi dəyərləndirib. Onun sözlərinə görə, yaxın günlərdə İtaliyaya ümumilikdə 4,2 milyon doza peyvənd gətiriləcək və onun yalnız 200 mini “Johnson & Johnson“ konserninin istehsal etdiyi peyvəndlərdir. Hazırda Avropada “Johnson & Johnson“ peyvəndinin yan təsirlərinə görə narahatlıq olsa da, nazir bu mövzudakı araşdırma nəticələrinin yekun fikir üçün yetərli olmadığını bildirib.

Səhiyyə naziri Roberto Speranza isə İtaliya Farmakologiya Agentliyi (AİFA) ilə keçirilən görüşdən sonra bəyan edib ki, hökumət “Johnson & Johnson“ peyvəndi barədə qəti qərar verməzdən öncə ABŞ və Brüsseldən gələn detallı hesabatları nəzərdən keçirəcəkdir. Nazir özü şəxsən bu peyvənd preparatından istifadə edilməsinin vacibliyi qənaətində olduğunu da söyləyib.


Create Account



Log In Your Account