Mar 24 2020 16:01
Elshad Aliyev
Views: 29

İtaliyanın mülki müdafiə departamentinin rəhbəri Ancelo Borrelli ehtimal edir ki, ölkədə koronavirusa yoluxanların real sayı 64 min deyil, bundan 10 dəfə çoxdur.

AZƏRTAC xəbər verir ki, Borrelli bu mülahizəni La Repubblica qəzetinə müsahibəsində irəli sürüb. Onun sözlərinə görə, bir təsdiqlənmiş yoluxmanın 10 aşkarlanmamış yoluxma halına nisbəti tamamilə inandırıcı görünür. O, həmçinin inkar etmir ki, bir neçə gündən sonra ölkədə virusa yoluxanların sayı Çinin göstəricilərini üstələyəcək.

Epidemiyanın başlanğıcından indiyədək İtaliyada 64 minə yaxın insan infeksiyaya yoluxub, onlardan 6 mindən çoxu ölüb, təxminən 7,5 min nəfəri sağalıb. Yoluxma dalğasının praktiki olaraq dayandığı Çində isə xəstəliyə tutulan 81 nəfərdən 3270-i həyatını itirib. İtaliyada bir sutkada 800-ə yaxın ölüm faktı ilə antirekord qeydə alınıb.


Create Account



Log In Your Account