Feb 18 2017 12:31
Ulviyye Sabirqizi
Views: 1178

İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda gələn həftə Bakıya işgüzar səfərə gələcək.

Bu barədə CBC-yə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumatda deyilir.

Verilən məlumata görə, fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək.

 


Create Account



Log In Your Account