Oct 04 2017 15:00
Naile Hesenova
Views: 774

Milli Turizm Təbliğat bürosunun dəstəyi ilə Azərbaycanın turizm  imkanlarını əks etdirən yeni bir video çarx hazırlanıb. Red Bull atleti Kenni Beleyin iştirakı çəkilən video çarxda Qobustan dövlət tarixi-bədii  qoruğu və qalçıq vulkanları əks etidirilib.

Kenni Beley trial üslublu velosipedçidir və səyahətdə olan zaman belə velosiped sürmək üçün yeni yerlərin axtarışındadır. Bu dəfə onun hədəfi tarix etibarı ilə zəngin, quruluş etibarı ilə və üzərindəki qaya təsvirləri ilə unikal olan Qobustan dövlət tarixi-bədii qoruğu oldu. Layihə “Land of Bull” (“Öküzlər diyarı”) adlanır və 10 oktyabr 2017-ci il tarixində dünya üzrə premyerası baş tutacaq.

Kenni Beley video çarxda Azərbaycanı tək klassik turizm üçün yox, həm də idman turizmi üçün cazibədar bir ölkə adlandırır və ölkənin bu istiqamətdə imkanlarının geniş olduğunu bildirir.

 


Create Account



Log In Your Account