Jan 07 2017 14:47
Ulviyye Sabirqizi
Views: 1491

Xerard Pike cəzalandırıla bilər. Buna səbəb müdafiəçinin hakimlər haqqında danışmasıdır.

Belə ki, İspaniya Kral Kubokunun 1/8 final ilk oyununda “Atletik”lə matçdan (1:2) sonra millinin müdafiəçisi hakimlər haqqında sərt tənqidi ifadələr işlətmişdi.

O, rəqib qapısına minimum iki vəziyyətdə penalti təyin olunmalı olduğunu, üstəlik matçın futboldan çox qumara oxşadığını bildirib.

Bu isə İspaniya Futbol Federasiyasının texniki qrupunun xoşuna gəlməyib.

 


Create Account



Log In Your Account