Feb 08 2019 17:12
Ferah Sabirqizi
Views: 42

Moskvada Rusiyanın xalq artisti Sergey Yurski vəfat edib.

Bu barədə mərhum aktyorun çalışdığı Mossovet teatrından açıqlama verilib.

Ötən ilin dekabr ayından ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən S. Yurskinin vəziyyəti normallaşsa da sonradan yenidən pisləşib. S.Yurski 1935-ci ildə Leninqradda anadan olub. Leninqrad Universitetinin hüquq fakültəsini bitirib. 3-cü kursdan Leninqrad Tetar İnstitutuna keçib.

Sergey Yurski Azərbaycanda da filmlərə çəkilib və seviml obrazlar yaradıb. Xüsusilə onun "Dərviş Parisi partladır" filmində yaratdığı Müsyö Jordan obrazı bu gün də sevilə-sevilə izlənilir. Bundan başqa aktyor “Şir evdən getdi” filmində ovçu, “Bir ailəlik bağ evi” filmində direktor, və “Qorxma, mən səninləyəm!” filmində pristav rollarını ifa edib. 


Create Account



Log In Your Account