May 10 2017 16:17
Naile Hesenova
Views: 659

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ərazisində tikinti işləri 1 ay müddətinə dayandırılıb. Trend-in məlumatına görə, bu barədə konsorsiumun saytında yerləşdirilmiş məlumatda qeyd olunub.

Məlumatda tikinti işlərinin dayandırılmasının səbəbi kimi layihənin Albaniyadan keçən hissəsində aparılan tikinti işləri zamanı qədim yaşayış məskəninin izləri aşkarlanması göstərilir.

Qalıqların Korçe vilayətinin Turan kəndi ərazisində tapıldığı bildirilir. Tapılan əşyaların eramızdan əvvəl X-IX əsrlərə məxsus olduğu qeyd olunur.

 


Create Account



Log In Your Account