Mar 07 2017 12:47
Ulviyye Sabirqizi
Views: 1163

Martın 4-də aşkar edilən kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “avadanlığın təmiri və xidməti üzrə mexanik” vəzifəsində çalışmış 1957 ci il təvəllüdlü Həsənov Elçin Yaqub oğluna məxsus olduğu müəyyən edilib.

Bu barədə CBC-yə Axtarış-Xilasetmə Qərargahından məlumat verilib.

Bildirilir ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 4-də aşkar edilən kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “avadanlığın təmiri və xidməti üzrə mexanik” vəzifəsində çalışmış 1957 ci il təvəllüdlü Həsənov Elçin Yaqub oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

 


Create Account



Log In Your Account