Mar 30 2020 17:24
Elshad Aliyev
Views: 159

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan - tibbi etil spirtindən istifadə qaydaları haqqında vətəndaşlara müraciət edib.

AZƏRTAC-ın verdiyi xəbərə görə, müraciətdə qeyd edilib ki, tibbi etil spirtinin yalnız dezinfeksiya məqsədilə istifadəsi tövsiyə olunur.

Həmin məhlulun hər hansı bir durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir.

Mərkəz əhalini diqqətli və ehtiyatlı olmağa çağırıb.


Create Account



Log In Your Account