Apr 15 2020 18:08
Elshad Aliyev
Views: 211

“20 aprel tarixindən sonra karantin rejiminin uzadılması ilə bağlı Operativ Qərargaha təkliflər hazırlayırıq. Aprelin 20-dən sonra karantin rejiminin uzadılmasının qaydalarını hazırlayırıq və operativ qərargaha təqdim edəcəyik. Karantin rejiminin uzadılmasına ehtiyac görürük. Epidemioloji vəziyyət bunu tələb edir".  

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, böyük ehtimalla gedişatı nəzarətdə saxlamaqla, kontrollu şəkildə karantin rejimindən çıxmaqla bağlı məsələlər bu təklifdə yer alacaq: “Tədbirlərin yenidən sərtləşməsi ehtimalını da unutmamalıyıq. Buna görə də karantin rejimindən tədricən çıxmalıyıq. Qərar təsdiqlənəndən sonra qərargah tərəfindən açıqlanacaq”.

R. Bayramlı qeyd edib ki, eyni zamanda ən böyük təhlükə qarşıda dayana bilər: “Epidemioloji qanunauyğunluğa görə, vaksinasiya tapılmayana qədərə ölkə əhalisinin əksəriyyəti bu virusa yoluxa bilər. Bu məsələyə ən vacib, milli təhlükəsizlik məsələsi kimi baxmalıyıq”.


Create Account



Log In Your Account