May 22 2020 17:59
Elshad Aliyev
Views: 201

Sərt karantin rejimi tədbirlərinin yumşaldılmasından sonra bu həftənin sonuna doğru ikinci dalğanın stabilləşməyə meyilli olduğunu görürük. Lakin ötən həftə də dalğalanmalar olduğuna görə qəti fikir bildirmək çətindir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, mayın 18-dən karantin rejimində növbəti yumşalmalar tətbiq olunduğundan inkubasiya dövrünü nəzərə alaraq gələn həftə nəyin gözlənildiyi sual altındadır. Bu istiqamətdə tədqiqatlar davam etdirilir.


Create Account



Log In Your Account