May 22 2020 18:03
Elshad Aliyev
Views: 162

"Qarşıdan Ramazan bayramı gəlir. Vətəndaşlara müraciət edərək deyirik ki, bayram günləri qaydalara əməl etsələr, bayramdan sonra daha nikbin nəticələr görərik”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bu qaydalardan yalnız birinə əməl etməklə təhlükə aradan qalxmır.

“Tibbi maska taxılmalı, 1,5 metr məsafə gözlənilməli, gigiyenik qaydalara əməl edilməlidir. Pandemiyadan əvvəlki dövrə daha tez qayıtmaq üçün qaydalara əməl olunmalıdır. Əvvəlki bayramlarda olduğu kimi bu bayramda qohumlara, böyüklərə ziyarətə gedilməməlidir. Yoluxma arzuolunmaz hala gedərsə, sərt karantin rejiminə geri dönməli olacağıq. Biz bunu istəmirik. Artıq bəzi ölkələr sərt karantin rejiminə geri dönüb. Bayramda qohumlar, yaxınlar ziyarət edilməməlidir, hamı evdə olmalıdır”, - deyə R. Bayramlı vurğulayıb.


Create Account



Log In Your Account