Dec 19 2017 10:47
Ferah Sabirqizi
Views: 460

Dünya Kyokuşin Birliyinin (KWU) təşkilatçılığı ilə Rusiyanın Yekaterinburq şəhərində kyokuşin karate üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçirilib. Çempionata 48 ölkədən 242 idmançı və 24 ölkədən xüsusi dəvət olunmuş beynəlxalq dərəcəli hakimlər qatılıblar.

Ölkəmizi bu turnirdə hakim qismində Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” idman klubunun məşqçi-müəllimi, beynəlxalq dərəcəli hakim, Əməkdar Məşqçi Qələndər Aslanov təmsil edib.

ATU-dan bildiriblər ki, 2012-ci ildə “Avropanın ən yaxşı hakimi” seçilən Q.Aslanov Kyokuşin Dünya Birliyinin hakimlər kollegiyasının üzvü seçilib. Təmsilçimiz ənənəvi olaraq çempionatdan əvvəl seminarlarda iştirak edib, seminarların son günü test və praktiki imtahanlardan keçərək “mükəmməl” dərəcəli balla qiymətləndirilib. Həmyerlimiz KWU rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Çempionatda Azərbaycan Kyokuşin Karate Federasiyasının yığma komandasının yeddi idmançısı da gücünü sınayıb. Yarışda 65 və 70 kiloqram çəki dərəcələrində döyüşən Emin İsmayıllı və Valeh Cəfərov dünya çempionatının bürünc medallarına layiq görülüblər.

Digər beş idmançımız isə səkkizdəbir final mərhələsində mübarizəni dayandırıblar.


Create Account



Log In Your Account