Dec 09 2019 15:51
Elshad Aliyev
Views: 75

Tbilisidə Avronest Parlament Assambleyasının (PA) VIII illik sessiyası başlayıb.

AZƏRTAC xəbər verir ki, “Şərq Tərəfdaşlığı”nın gələcək perspektivləri” adlı sessiyada Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Rasim Musabəyov iştirak edirlər.

Sessiyanın açılış mərasimində çıxış edən Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ölkəsində həyata keçirilən islahatlar barədə məlumat verib. O, Gürcüstanın strateji tərəfdaşları ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Sonra Gürcüstan Prezidenti Salome Zurabişvili çıxış edərək ölkəsinin beynəlxalq təşkilatlar və suveren dövlətlərlə əməkdaşlığından danışıb.

Milli Məclisin deputatı Tahir Mirkişili sessiyadakı çıxışında Azərbaycan dövlətinin və parlamentinin Avronest və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlığa verdiyi önəmi qeyd edib, müzakirə olunacaq məsələlər barədə fikirlərini bölüşüb.

İki gün davam edəcək sessiyada və tədbir çərçivəsində keçiriləcək qurumun müvafiq komitə iclaslarında “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma – mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.


Create Account



Log In Your Account