Apr 14 2020 18:04
Elshad Aliyev
Views: 157

Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədəki Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) Prezident İlham Əliyevin çağırışına qoşularaq soydaşlarımıza yardım kampaniyasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, səfirliyin təşəbbüsü və təşkilatçılığı, AZEBİ-nin maliyyə dəstəyi ilə toplanan ərzaq yardımı soydaşlarımıza çatdırılması üçün aprelin 14-də Tbilisi şəhər meriyasının rəhbərliyinə təqdim olunub.

Yardımın çatdırılmasında səfir Dursun Həsənov, AZEBİ-nin rəhbəri Nəriman Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.

Səfir Dursun Həsənov bildirilib ki, yardımla əlaqədar paytaxt Tbilisi və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə yaşayan aztəminatlı ailələrin, xüsusi qayğıya ehtiyacı olan insanların ilkin siyahısı tutulub.

İndiyədək xüsusi karantin rejiminin elan oldunduğu Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarında, eləcə də Rustavi şəhərindəki soydaşlarımıza yardımlar çatdırılıb.

Diplomat Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrindən danışıb, bu yardımların strateji tərəfdaşlığımızın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Tbilisi şəhər bələdiyyəsinin sədri Giorgi Tkmeladze Azərbaycanın daim Gürcüstanın yanında olduğunu bildirib, göstərilən diqqət və qayğıya, eləcə də ərzaq yardımına görə Azərbaycan Prezidentinə, səfirliyə və AZEBİ-yə minnətdarlıq edib.

Bildirilib ki, 200 ailə üçün nəzərdə tutulmuş bu yardımlar tez bir zamanda sahiblərinə çatdırılacaq.


Create Account



Log In Your Account