Jan 19 2017 16:08
Ulviyye Sabirqizi
Views: 2043

İranın paytaxtı Tehranda 17 mərtəbəli binada yanğın baş verib.

Yanğın nəticəsində şəhərin mərkəzindəki bina uçub.

İlkin məlumata görə, ölənlərin sayı 50-yə çatıb. Binanın dağıntıları altında 50-100 nəfərin qaldığı ehtimal olunur.

İRNA agentliyi yaralıların 200-ə çatması barədə məlumat yayıb. Onlar xəstəxanalara yerləşdirilib. Ölənlərin sayının artacağı istisna edilmir.

Qeyd edək ki, çökən 17 mərtəbəli bina Tehranda inşa olunan ilk çoxmərtəbəli tiklililərdəndir. Bina 1962-cı ildə yəhudi iş adamı Həbib Elxanianın vəsaiti hesabına tikilib. “Elghanian” plastik fabriki adlanan bina o dövrün ən hündür tiklisi olub. Orada plastik və toxuculuq emalatxanaları fəaliyyət göstərirmiş.

Məlumata görə, təhlükəsizlik baxımından binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniya səfirliklərinin binaları boşaldılıb, əməkdaşlar təxliyə edilib.


 

 


Create Account



Log In Your Account